Hamısı Allah Haqqında - Banner Logo Hamısı Allah Haqqında - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

İsaya Bəli

Budur bu anda Allaha edə biləcəyiniz bir dua. Bu, rutin sözlərlərə əsaslanaraq bir ritual və ya ənənəvi dua deyil. Bu, birbaşa Allaha, xilasımız üçün İsa Məsihə olan əsl iman addımı atmamızı göstərən bir duadır.

“Ata, bilirəm ki, Sənin qayda-qanunlarına əməl etməmişəm və günahlarım məni Səndən ayırıb. Mən həqiqətən üzr istəyirəm və indi keçmiş günahkar həyatımdan Sənə tərəf dönmək istəyirəm. Xahiş edirəm, məni bağışla və bir daha günah işlətməməyimə kömək et. Mən inanıram ki, oğlun İsa Məsih mənim günahlarım üçün öldü, ölülər arasından dirildi, sağdır və duamı eşidir. Mən İsanı dəvət edirəm ki, həyatımın Rəbbi olsun, bu gündən etibarən ürəyimin hökmranı olub qəlbimdə hökm sürsün. Ömrümün sonuna qədər Sənə itaətli olum və Sənin iradəni yerinə yetirim deyə mənə kömək etmək üçün lütf edib Öz Müqəddəs Ruhunu göndər. İsanın adı ilə dua edirəm, Amin”.

Təbrik edirik! Allahın ailəsinə xoş gəlmişsiniz!

İsa Məsih haqqında biliklərinizi artırın, hamısı Azərbaycan dilində!

Əməkdaşlıq xidmət saytımıza indi daxil olun: https://www.gotquestions.org/Azerbaijani/

Bundan əlavə, burada Müqəddəs Kitabı, Allahın Kəlamını Azərbaycan dilində oxuyun: https://live.bible.is/bible/AZEBSAC/MAT/1

Sizə görə Allaha şükür edirik ki, Rəbbiniz və Xilaskarınız olaraq İsa Məsihin ardıcılı olmağı seçmisiniz. Lütfən, İsanın sizin üçün etdiklərini başqaları ilə bölüşün ki, onlar da imkan tapıb xilas olmaq üçün İsaya iman və etibar edə bilsinlər.

Təbrik edirik!


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var
Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   İman Bildirişi  |   Bizimlə əlaqə Saxlayın  |   Saytın Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur