Hamısı Allah Haqqında - Banner Logo Hamısı Allah Haqqında - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

Bizim haqqımızda

Allahın və İsa Məsihin Xoş Xəbərini güclü dəlillərlrini skeptiklərə, araşdırıcılara, imanlılara və əzab çəkən dünyaya çatdırmaq üçün bu cəlbedici Vebsaytları yazırıq.

Biz inanırıq ki, həyatları həqiqət dəyişdirir. Buna görə də, məzmunumuzu dünyanın ən tanınmış axtarış sistemlərinin birinci səhifələrində yerləşdiririk. Beləliklə, insanlar Vebsaytda cavab axtardıqda, həqiqətlə ən üstə olan bizik!

Biz İsanın ardıcıllarıyıq. İsa kimi, biz də “təşkil edilmiş dində” (qaydalar və rituallar vasitəsilə Allaha çatmaq üçün insan tərəfindən yaradılmış cəhdləri) rast gələn bir çox məsələləri rədd edirik. Hər insanın ömür yolunda Allahı özünün axtarmasını ən vacib şey sayırıq. Həmçinin inanırıq ki, yalnız Allahın Oğlu İsa Məsih vasitəsilə ən ali xilasedici Həqiqəti tapmaq olar. (İMAN BİLDİRİŞİMİZ, burada, oxuyun.) Biz inanırıq ki, Müqəddəs Kitab bu həqiqətin Müqəddəs Ruhun qüvvəsi ilə işıqlandırılan səlahiyyətli və əsas qaynaqdır. Həm də inanırıq ki, daim Allahın Kəlamında olanda və bu yıxılan dünyadakı məşğuliyyətimiz bizə əzab verərkən lütf, məhəbbət və məsuliyyət mühitindəki digər imanlılarla birlikdə ünsiyyətdə olmaq ruhani inkişaf yaradır.

Hər hansı bir təşkilat və ya denominasiya ilə rəsmi əlaqəmiz olmasa da, bir sıra etibarlı xidmətlər və məbədlərlə işləyirik.

AllAboutGOD.com, Belen, NM-də yerləşən 501(c)(3) qeyri-kommersiya korporasiyası olan Hamısı Allah haqqında, Inc.-in xidmətidir. Hazırda çox kiçik komandamız və daha çox könüllülərimiz var. Rəsmi idarəetmə kənardan idarə olunan İdarə Heyəti tərəfindən həyata keçirilir.

Sadəcə olaraq, bizim xidmətimiz Xoş Xəbəri Ümumdünya Şəbəkəsi vasitəsilə dünya ilə yaymaqdır!

Həmişə olduğu kimi burada hər şey MÜFTƏDİR!


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var
Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   İman Bildirişi  |   Bizimlə əlaqə Saxlayın  |   Saytın Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur