Hamısı Allah Haqqında - Banner Logo Hamısı Allah Haqqında - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

Müqəddəs Kitab həqiqətdir

SUAL: Müqəddəs Kitabın həqiqət olduğuna dair hansısa bir sübut varmı?

CAVAB:

Müqəddəs Kitabın doğru olub-olmadığını sübut etmək üçün bizə lazım deyil ki, uzağa gedək. Tarixi, elmi və arxeoloji dövrləri göstərən yüzlərlə kitab var ki, Müqəddəs Kitabın mötəbərliyini təsdiqləyir. Bu həqiqətlərə dair araşdırmalara apologetika deyilir.

Təəssüf ki, bu gün insanların çoxu Müqəddəs Kitabı heç oxumayıb. Nəticədə insanların çoxu daha çox Müqəddəs Kitabın səhvlərlə dolu olduğunu və indiki zamana aidiyyatı olmadığını uydurmağa yönəlirlər. Onların axtarışları Müqəddəs Kitabı təkzib etmək üçün kükrəyən ateizm istəyindən irəli gəlir.

Bunun tam əksinə minlərlə təhqiqatçının kəşfləri Müqəddəs Kitabda göstərilənlərin dəqiq və ətraflı olmasının təsdiqinə səbəb oldu. Tarixi, arxeoloji və elmi dəlillər Müqəddəs Kitabla uyğun olub bu həqiqətlərinin sübutunu gücləndirir. Təsdiqlər artdıqca, xüsusən də keçən əsirdə, saya-hesaba gəlməz oldu. (məsələn Ölü Dəniz Perqamentləri, Qırmızı dənizin keçid yeri və s.) İsrail arxeologiyasının son dərəcə, ən müasir səlahiyyət sahibi doktor Nelson Glueck bu barədə belə demişdi: "Heç bir arxeoloji tapıntı heç vaxt Müqəddəs Kitabdakı əsasları təkzib etməyib. Çoxlu arxeoloji tapıntılar açıq-aydın ətraflı şəkildə təsdiq edirlər ki, tarix və ya Müqəddəs Kitabdakı təfərrüatlı tarixi dəliləri dəqiqdir. Başqa sözlə Müqəddəs Kitabda göstərilən təsvirlərə düzgün dəyər vermək çox vaxt heyrətamiz kəşflərə səbəb olur". Elm adamlarının eksperimental kəşfləri öz təsdiqini tapmazdan çox əvvəl Allah Kəlamı Yaradanın Ruhu ilə qələmə alınmışdı. Bu faktların Müqəddəs Kitabda başlanğıcdan bəri olmasına baxmayaraq bəşəriyyət hər şeyə şübhəçi və ya elmi, dünyəvi nöqteyi-nəzərdən baxmağa meyllidir. Buna bir neçə nümunə daxildir:
  • Yer bir zamanlar inanıldığı kimi düz şəkildə deyil, Kürrə şəklindədir (Yeşaya 40:22).
  • Atmosfer dövranı və ya Atmosfer sirkulyasiyası (Vaiz 1:6).
  • Gravitasiya sahəsi (Əyyub 26:7).
  • Qanın həyat üçün bioloji əhəmiyyəti (Levililər 17:11).
Bundan əlavə, Paleontologiya ilə uyğun gələn ifadələr də var. Məsələn, Müqəddəs Kitabın bir neçə kitabında dinozavrlardan bəhs edilir. Əyyub 40:15 və 41:1 ayələrində bu cür iki məxluqdan bəhs edir. Həm də əjdahalardan bəhs edən çoxlu ayələr var. Ancaq bəziləri səhvən dinozavrların və insanların eyni vaxtda mövcud olmadığını düşünürdülər.

Danılmaz sübut Müqəddəs Kitab peyğəmbərliyinin 100% dəqiqliyidir. Məsihin həyatı, ölümü və dirilməsi ilə bağlı minlərlə həyata keçən peyğəmbərlik var. Məsələn, Əhdi-Ətiqdə İsa Məsihə aid həyata keçmiş bir çox peyğəmbərliklərdən birini də Yeşaya 53-cü fəsildə oxumaq olar. Bu, 700 il əvvəl İsa Məsihin həyat hadisələrini təsvir edir! Unutmayın ki, bütün Müqəddəs Kitab Allahın Ruhunun və Onun bütün həqiqətləri vəhyidir! Müqəddəs Kitabı oxumadan onun həqiqətlərini müəyyən etmək çətindir. Müntəzəm olaraq Müqəddəs Kitabı oxumağa vaxt ayırın və Rəbbin artıq bizə dediklərini özünüz üçün araşdırın; O, sevgi planı, hikməti və hökmran qüvvəsi ilə zəngindir.

Oxuyun Indi - Müqəddəs Kitabın Mənşəyi


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var
Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   İman Bildirişi  |   Bizimlə əlaqə Saxlayın  |   Saytın Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur