Hamısı Allah Haqqında - Banner Logo Hamısı Allah Haqqında - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

İsa Allahdır - Hissə 2

(İsa Allahdır, Əvvəlcə bunun 1-ci hissəsini oxuyun)

İsa Allahdır - Ona səcdə edilir
  • İsa səmaya qaldırılmazdan əvvəl Ona edilən səcdəni qəbul etdi
    Matta 28:16-17: “İsanı gördükdə Ona səcdə qıldılar. Bəzisi isə şübhə etdi. İsa yaxınlaşıb onlara dedi: «Göydə və yer üzündə bütün səlahiyyət Mənə verilmişdir».

    Diqqət yetirin ki, İsa doğulanda, bütün xidməti boyu, dirildikdən sonra və yenə burada -- düz Onun cismən səmaya qalxmasından əvvəl Ona səcdə qılındı. Həqiqətən Onun kim olduğunu bilənlərdən və Onun ardınca gedənlərdən heç biri Allahlığın bir üzvü olaraq Onun Yaradan təbiəti barədə (Ata və Müqəddəs Ruhla birlikdə) heç bir sorğu-sual etmədilər.


  • Paulun kilsənin bir həvarisi və başçısı olmaq anlayışı
    Kolosselilərə 1:15-16; 2:9: “Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur. Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı…Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır…”

    Titə 2:13-14, Burada da Paul Ondan bəhs edir: “...ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. O Özünü bizim üçün fəda etdi. . .”

    Paulun məktublarının bəziləri ən qədim məsihçi yazılarından idi, onların çoxu əslində dörd Müjdədən əvvələ gedib çıxır, hələ də bu məktublarda ilk kilsəyə şamil olan İsanı Yaradan kimi aydın dərk etməsinin ən güclü təsdiqləri göstərilir; Allah insan şəklində.


  • İsaya səmadakı bütün məxluqlar səcdə edəcək.
    Vəhy 5:13-14: “Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim:«Taxtda Oturana və Quzuya əbədi olaraq Alqış, şərəf, izzət və qüdrət olsun!» Dörd canlı məxluq da «Amin!» deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə etdilər”.

    Müqəddəs Kitabın sonuncu kitabı hər bir canlı məxluqun “dünyanın günahını aradan götürən Allah Quzusu” olduğunu bildiyi və etiraf edəcəyi vaxta peyğəmbərliklərə işarə edir. (Yəhya 1:29) Eləcə də O, şükür, ehtiram və səcdə etməli olduğumuz Allahdır -- Əlbəttə ki, O bu planetdə gəzib-dolaşandan əsrlər sonra Konstantin (Roma İmperatoru) tərəfindən ucaldılırdısa, demək adi gəldi-gedər insan deyil!

İsa Allahdır - Bu niyə bu qədər vacibdir?
Lakin İsa və Onun davamçıları İsa Kim olub və Kimdir həqiqətini çox açıq şəkildə ifadə etdilər, biz də bu həqiqəti ən qədim yazıların səhifələrində gördüyümüz kimi başa düşməyimizin və qəbul etməyimizin nə qədər vacib olduğunu anladıq. Onun şəxsiyyətinin yaşadıcı əhəmiyyəti haqqında sağlamdüşüncəli sözlərinə baxın.

«Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq». . .

“Sizsə Mənim haradan gəlib hara gedəcəyimi bilmirsiniz…Siz nə Məni, nə də Atamı tanıyırsınız. . . Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, Mən Oyam, günahlarınız içində öləcəksiniz”.

“. . . İsa bu sözləri söylədiyi zaman bir çox adam Ona iman etdi. O zaman İsa Ona inanmış Yəhudilərə dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz. Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək».

- İsa dedikləri Yəhyanın nəql etdiyi Müjdənin 8-ci fəslində yazılmışdır

(Mark Mittelberqin tərifləri)

Oxuyun Indi - Zühur!


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var
Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   İman Bildirişi  |   Bizimlə əlaqə Saxlayın  |   Saytın Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur