Hamısı Allah Haqqında - Banner Logo Hamısı Allah Haqqında - Banner Mountain Hamısı Allah Haqqında - Embedded

İsa Özünün Allah Olduğunu Deyibmi?

SUAL: İsa Özünün Allah Olduğunu Deyibmi?

CAVAB:

İsa Məsihi Allah olaraq təqdim edən Yəhyanın nəql etdiyi Müjdə “MƏNƏM” kitabı adlanır. Bu kitabında İsa təkrar-təkrar deyib: “MƏNƏM”. Oxumuş bir yəhudi üçün bu “MƏNƏM” sözü çox əhəmiyyətli idi. Bu söz İsanın Allah olmasını iddia edir. Niyə? Əhdi-Ətiqdə İsrail xalqını Misirdən çıxarmaq üçün Allah Musanı çağıranda ona bunu deməyi tapşırdı: “MƏNƏM” deyən sizin yanınıza məni göndərdi. (Çıxış 3:13-15). “MƏNƏM” İsrailin Allahı, Yahvanın əhdidir! Buna görə də əzəmətli “MƏNƏM” Allahın İsrail xalqına verilən bir işarədir və İsa deyəndə ki, “MƏNƏM” bu Onun “Mən Allaham” deməsinin açıq göstəricisidir.

İsa Özünün Allah olduğunu deyibmi? İsa Özünü Ata Allaha bərabər saydığını iddia etdi. “İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı”. (Yəhya 5:17-18).

“İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız, Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi”. (Yəhya 7:28-29)

“Onda İsadan soruşdular: «Atan haradadır?» İsa cavab verdi: «Siz nə Məni, nə də Atamı tanıyırsınız. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız»”. (Yəhya 8:19). “İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm»”. (Yəhya 8:58). “Mən və Ata birik”. (Yəhya 10:30).

Yəhudilər İsanın Allah olduğunu iddia etdiyini dəqiq başa düşdüklərinə görə Onu öldürmək istədilər. "Bəs siz niyə “Allahın Oğluyam” dediyim üçün Mənə – Atanın təqdis edib dünyaya göndərdiyi Şəxsə “küfr edirsən” deyirsiniz? Əgər Atamın işlərini görmürəmsə, Mənə inanmayın. Amma bu işləri görürəmsə, Mənə inanmasanız da, bunlara inanın. Onda Atanın Məndə, Mənim də Atada olduğumu anlayıb bilərsiniz». Onlar yenə İsanı tutmağa çalışdı, amma O, əllərindən sıyrılıb çıxdı”. (Yəhya 10:36-39). Bu, yəhudi səlahiyyətlilərinin İsanı tutmaq və ya Onu daşqalaq etmək istədikləri və Onun zamanının hələ gəlmədiyi üçün onların əlindən çıxdığı hadisələrdən bir dənəsidir. (Yəhya 8:20).

İsa şagirdlərinə də İlahi olmasını təsdiq etdi. «Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz». Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir». İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən? Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür. Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın»; «O gün biləcəksiniz ki, Mən Atamdayam, siz Məndəsiniz və Mən sizdəyəm». (Yəhya 14:7-11, 20).

Yəhyanın nəql etdiyi Müjdə on yeddinci fəslində İsa Məsihin baş kahin duası etməsi qeyd olunur. "İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi; Öz Oğlunu izzətləndir ki, Oğul da Səni izzətləndirsin. Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin. Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim. Ey Ata, dünya yaranmazdan əvvəl Mən Sənin yanında olarkən malik olduğum izzəti indi Mənə Öz yanında ver»”. (Yəhya 17:1-5).

Bu gözəl duada İsa deyir: "Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki, hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın.” (Yəhya 17:20-21). İsa Özünün Allah olduğunu deyibmi? Bəli! Amin!

Oxuyun Indi - İsa Allahdır!


Nə Düşünürsünüz?
Biz hamımız günah etmişik və Allahın məhkəməsinə çəkilməliyik. Ata Allah Öz yeganə Oğlu İsanı göndərdi ki, Ona iman edənləri məhkumiyyətdən qurtarsın. Günahsız kamil həyat sürən Yaradan və Allahın əbədi Oğlu İsa bizi o qədər sevir ki, layiq olduğumuz əbədi cəzanı boynuna götürərək günahlarımız uğrunda öldü. İsa dəfn edildi və Müqəddəs Kitaba görə üç gün sonra dirildi. Əgər siz buna həqiqətən inanırsınızsa və ürəyinizdə güvənirsinizsə və həyatınızda “İsa Rəbdir” deyərək İsanı tək Xilaskarınız olaraq qəbul edirsinizsə, onda mühakimələrdən xilas olub əbədi olaraq səmada Allahla birlikdə olacaqsınız. Buna, Allahla əbədi həyat deyilir.

Cavabınız nədir?

Bəli, mən Allaha bu duanı etdim və indi İsanın arxasınca gedirəm

Mən artıq İsanın ardıcılıyam.

Hələ daha çox sualım var
Niyə Allah səni cənnətə buraxmalıdır?






Allahı necə tanımaq olar
Hamısı Allah Haqqında  |   Bizim Haqqımızda  |   İman Bildirişi  |   Bizimlə əlaqə Saxlayın  |   Saytın Xəritəsi

Müəllif Hüququ © 2002 - 2023  Hamısı Allah Haqqında   Bütün Hüquqlar Qorunur